Bu ilin martında “CTV - Sinema” studiyası tərəfindən “Təlatüm” adlı bədii filmin çəkilişləri start götürmüşdü. Filmin çəkilişləri artıq tamamlanıb, hazırda səsyazma prosesi davam edir. Filmdə iki fərqli insan qrupundan bəhs edilir: birincilər - həyatdakı problemlərə dözməyib çıxış yolunu içkiyə qurşanmaqda görənlər, ikincilər - narkomaniyaya qurşanaraq həyatda özlərini itirənlər, onların ailə dramları, başlarına gələn faciələr. Onlarla bu həyatı yaşamağa məhkum olanlar və inadkarlar, harınlaşmış mənsəb sahiblərinin özbaşınalığı. Hər şeyi özü həll etmək istəyən tək qəhrəman var. Bütün bunlar filmdə əks olunan və bir-birini əvəzləyən dinamik süjet xəttinin əsasını təşkil edir. Film Bəxtiyar Axundovun ssenarisi əsasında çəkilir. Filmin quruluşçu rejissoru Şamil Muradov, operatoru Bəhruz Səmədov, əsas rolun ifaçısı Orxan Cahangirdir. Filmdə 40-a yaxın personaj canlandırılıb. Kütləvi və döyüs səhnələri yer alıb. Filmin tam olaraq 2011-ci ilin ikinci kvartalında təhvil veriləcəyi gözlənilir.