Azərbaycanda ilk dəfə dünya şöhrətli İsveç rejissoru və ssenaristi “Oskar” mükafatları laureatı İnqmar Berqmanın filmlərinin nümayişi təşkil olunacaq. Tədbir Dövlət Film Fondu və Muzey Mərkəzinin birgə təşəbbüsü ilə “Muzeydə kino” layihəsi çərçivəsində həyata keçiriləcək.
Dekabrın 1-dən Muzey Mərkəzində reallaşacaq layihənin məqsədi dünya kinosunun incilərini Bakıda nümayiş etdirməklə Azərbaycanda təbliğidir.
İ.Berqmanın filmlərinin nümayişi üç aya yaxın davam edəcək və Azərbaycan tamaşaçısına ilk göstəriləcək film “Yeddinci möhür” olacaq. Bu layihədə İsveç rejissorunun ayda iki dəfə olmaqla 7 filmi təqdim ediləcək.