Misirin paytaxtında 34-cü beynəlxalq kinofestival işə başlayıb. Nüfuzlu kinobaxışda dünyanın 69 ölkəsinin nümayəndələri iştirak edirlər. 1976-cı ildən keçirilən Qahirə kinofestivalı Yaxın Şərqdə beynəlxalq statusa malik olan yeganə festivaldır. Festivalın fəxri qonaqları arasında dünya şöhrətli sənətkarlar Riçard Gir və Jülyet Binoş var.
Müsabiqə proqramına 17 film daxil edilib. Tamaşaçılar Böyük Britaniya, Misir, İtaliya, Kanada, Meksika, ABŞ və digər ölkələrin istehsalı olan filmlərə baxa biləcəklər.
Kinofestival dekabrın 9-dək davam edəcək və tamaşaçılar ümumilikdə dünya kinematoqrafının 135 əsərinə tamaşa edəcəklər.