Məşhur aktyor Jerar Depardye səfərinin ilk təəssüratlarını jurnalistlərlə bölüşdü:
- Çox gözəl şəhəriniz var. Gəldiyim gecənin səhəri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdim, Qız qalasını və Milli Parkı gəzdim. Burada maraqlı tarixi əhəmiyyətli binalar, abidələr diqqətimi çəkdi. Eləcə də burada uzun illər bundan əvvəl fransızların da müxtəlif işlər həyata keçirdikləri məni sevindirir. Bir sözlə, sizin paytaxt zəngin şəhərdir. Eşitmişəm ki, özəl kinostudiyalar da fəaliyyət göstərir. Bütün bunlar kino sənayesinin inkişafına xidmət edəcək.
- Nazir Əbülfəs Qarayevlə müştərək layihələrdən danışdınız. Həmin layihələr haqqında nə deyə bilərsiniz?
- Fransız yazıçı Aleksandr Dümanın obrazını canlandırmaq fikrindəyəm. Filmin mövzusu genişdir. Əgər Düma kimi dahini Azərbaycan cəlb edibsə, deməli, böyük mədəniyyətə sahibsiniz.
- Film çəkilərsə, obrazları kimlər ifa edəcək?
- Dümanın obrazını məmnuniyyətlə canlandıraram. Müxtəlif ssenarilər mənə göndərildikdən sonra birini seçəcəyik. Bundan sonra birgə olaraq Azərbaycanda bu filmin çəkilişini həyata keçirəcəyik. Filmdə Natəvan obrazını isə fransalı aktrisa deyil, azərbaycanlı aktrisanın canlandırması daha məqsədəuyğundur.
- Daha çox sənədli filmlər haqqında müzakirə apardınız. Deyəsən, kino şirkətiniz əsasən bu yöndə çalışır?
- Ümumiyyətlə, bu cür layihələr dünya bazarında satılan layihələrdəndir. Müxtəlif sənədli filmlər vasitəsi ilə Azərbaycanın zəngin mədəniyyətini Fransada və dünyada tanıtdıra bilərik. Hətta bunun üçün televiziya filmləri də istehsal etmək mümkündür. Sizin mətbəxiniz zəngindir və bunun özü də bir mövzudur. Bədii filmlər üzərində də işləməyi planlaşdırdıq. Hələlik danışıqlar aparırıq. Bütün işlərin nəticəsi isə bundan sonra məlum olacaq. Bunlar başlanğıcdır. Bizi irəlidə böyük proses gözləyir.