Martın 14-də, axır çərşənbə günü 6-cı Muğam televiziya müsabiqəsinə start veriləcək. Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətindən bildirilib ki, seçim turuna fevralın 17-də yekun vurulub. 20 iddiaçı - Almaxanım Əhmədli, Nərgiz Nuriyeva, Gülər Babayeva (Bakı), Arzu Mahmudova (Ağcabədi), Atlas Mehdiyeva (İmişli), Rəvanə Əmiraslanlı (Gəncə), Səma Sultanova (Xocavənd), Nüşabə Kərimova (Zəngilan), Türkan Orucova, Çinarə Alıyeva (Sumqayıt), Məcid Asri (İran İslam Respublikası), Pərviz Qasımov, Valid Abdullayev, Vüsal Cəfərov (Ağdam), Məftun Məmmədov (Zərdab), Fərhad Ramazanov (Lənkəran), Mirəli Sarızadə, Taleh Hüseynli (Beyləqan), Nurlan Namazov (Goranboy) və Qənbər Axundov (Laçın) müsabiqəyə vəsiqə qazanıb.
AzTV və “Mədəniyyət” kanalları müsabiqənin ilk həftəsini martın 14-də və 18-də, növbəti həftələrini isə birinci və dördüncü günlər yayımlayacaq.