Fevralın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə faciə qurbanlarının xatirəsinə həsr olunan musiqili anım mərasimi keçirildi.
Konsert proqramında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Xor Kapellasının müşayiəti ilə (bədii rəhbərlər - xalq artistləri Rauf Abdullayev və Gülbacı İmanova) Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Apofeoz”, “Matəm odası”, “Ağı”, Yusif Mirişlinin “613” poeması, Balnur Qidirbekin “Xocalı qurbanı” (əsər Qazaxıstan bəstəkarı tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunub), Rauf Əliyevin “Xocalı”, Məmməd Quliyevin “Rekviyem” əsərləri səsləndirildi.
Solistlər Əməkdar artist Zemfira İsmayılova və Leyla Muradzadə idi.
Savalan