Martın 10-da Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda tanınmış aktrisa və rəssam Suğra Bağırzadənin sənət əsərlərindən ibarət sərgi açılacaq.
Əməkdar artistin 50-dək sənət əsərinin nümayiş olunacağı sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşəcək. Müxtəlif mövzulu əsərlərin yer alacağı sərgi bir həftə davam edəcək.