Martın 14-də altıncı “Muğam televiziya müsabiqəsi”nə start verilib. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, seçim turuna fevralın 17-də yekun vurulub, 20 iddiaçı müsabiqəyə vəsiqə qazanıb.
Münsiflər heyətinin tərkibinə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və “Mədəniyyət” telekanalının direktor müavini, Əməkdar incəsənət xadimi Nadir Axundov daxildir. Xatırladaq ki, müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilir.