Fransa saytında Azərbaycan caz musiqisi ilə bağlı sənədli film yerləşdirilib
Fransanın www.luxe-infinity.com saytında ölkəmizdə caz musiqisinin tarixinə və inkişafına dair “Digər caz ölkəsi - Azərbaycan” adlı sənədli film yerləşdirilib.
Filmdən əvvəl ölkəmizin neft ehtiyatları, paytaxt Bakı və “Odlar yurdu” adı ilə daha çox tanınsa da, eyni zamanda, zəngin mədəni irsi, coğrafiyası və Şərqlə Qərb arasında körpü rolu oynadığı vurğulanıb, musiqi mədəniyyətimizdən söz açılıb. Bildirilib ki, musiqiyə, xüsusilə də caza çox bağlı olan azərbaycanlılar milli musiqidən - muğamdan ilhamlanaraq Şərq çalarlarını əks etdirən caz musiqisi yaradıblar.
Sənədli filmdə afro-Amerika köklü caz musiqisinin ikinci vətəninin Azərbaycan olduğu qeyd edilib, azərbaycanlı cazmenlərdən və caz musiqisinin yaranmasından bəhs olunub.