Mədəniyyət və Turizm Nazirliyi respublikada vokal və estrada oxuma sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması və dəstəklənməsi məqsədilə Bakı şəhərində uşaq və gənclər arasında respublika müsabiqəsi keçirir.
Bakı şəhər Ə.Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbində başlayan müsabiqəyə respublikanın bədii təhsil müəssisələrindən iki yaş qrupu üzrə (8-13 və 14-18) 70-ə yaxın iştirakçı qatılıb. İfaçıların çıxışlarını Xalq artisti Samir Cəfərov, Əməkdar artist İlham Nəzərov və Solmaz Qasımovadan ibarət münsiflər heyəti qiymətləndirir.
Müsabiqə qaliblərinin yekun konserti cari ilin 5 aprel tarixində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək.