Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iranlı musiqiçi Meysam Hodratın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində konsert verməsinə münasibət bildirib.
Nazir deyib ki, bununla bağlı müvafiq dövlət orqanları adından etiraz məktubu ünvanlanıb: “Müvafiq dövlət orqanları adından etirazlarımızı bildirmişik. İranın müvafiq dövlət orqanlarına və Xarici İşlər Nazirliyinə məktub ünvanlanmışıq”. Martın 27-də iranlı musiqiçi Meysam Hodrat Azərbaycan işğal altında olan Dağlıq Qarabağ ərazisində konsertdə iştirak edib.