On il əvvəl İsraildə ilk dəfə Novruz bayramı qeyd edilib və həmin vaxtdan etibarən hər yaz gecə-gündüz bərabərliyi günündə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası əslən Azərbaycandan olanları bayram süfrəsi arxasına toplayır.
   Bu il tədbir qədim Akko şəhərində təşkil edilib. “Azİz” Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bütün həmvətənlərini Novruz münasibətilə təbrik edib. Musiqiçilər Tomer Əliyev, Manuel İsakov və gənc istedadlı müğənni Tina İbrahimova, Azərbaycandan gələn müğənni Ceyhun Bakinski qonaqlarda əsl bayram ovqatı yaradıblar.