Aprelin 15-də Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının nəzdindəki Konfutsi İnstitutunun yaranmasının 6-cı ildönümü münasibətilə Çin dilində mahnı müsabiqəsi keçiriləcək. Müsabiqənin təşkilinin məqsədi ölkəmizdə Çin dilinə marağı artırmaqdır.
   Yarışa fərdi və ya qrup şəklində qatılmaq mümkündür. Müsabiqədə Konfutsi İnstitutunun tələbələri ilə yanaşı, Çin dilini öyrənən digər gənclər də iştirak edə bilərlər. Ana dili Çin dili olmayanlar üçün nəzərdə tutulan yarışa müraciət edənlərin sayı daha çox olduğu təqdirdə Konfutsi İnstitutunda seçmə mərhələsi təşkil ediləcək. Fərqlənənlərə mükafatlar təqdim olunacaq.
   Yarışda iştirak etmək üçün müvafiq qeydiyyat formasını doldurmaq lazımdır. Qeydiyyat aprelin 5-də başa çatacaq.