Aprelin 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Uşaq və gənclər arasında vokal və estrada oxuma üzrə respublika müsabiqəsinin yekun konserti keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə mart ayında Bakı şəhərində 8-18 yaşlı uşaq və gənclər arasında 2 nominasiya (vokal və estrada oxuma) və 2 yaş qrupu üzrə keçirilmiş müsabiqədə respublikanın uşaq musiqi və incəsənət məktəbləri, Azərbaycan Milli Konservatoriyası və onun tərkibindəki İncəsənət Gimnaziyasından 70-ə yaxın şagird və tələbə iştirak edib. Xalq artisti, beynəlxalq müsabiqələr laureatı Samir Cəfərovun sədrlik etdiyi münsiflər heyətinin qərarına əsasən müsabiqədə fərqlənən şagird və tələbələr, onların müəllim və konsertmeysterləri müxtəlif dərəcəli diplom və fəxri fərmanlara layiq görülüblər.