2011-ci il “Oskar” mükafatına “Ən yaxşı xarici film” nominasyasında təqdim olunmuş İlqar Safatın “Sahə” filmi əsas siyahıya daxil ola bilməyib. Amerika Kino Akademiyasının üzvləri müsabiqəyə təqdim olunmuş 65 xarici filmdən 9-nun növbəti mərhələyə keçdiyini açıqlayıblar. “Ən yaxşı xarici film” nominasiyasında aşağıdakı filmlər iştirak edəcək: ”Biutiful” (“Gözəllik”) - Alexandro Qonsales İnarritu (Meksika), “İncendies” - Denis Vilnev (Kanada), “Hors La Loi” (“Qanundan kənar”) - Rəşid Buşareb (Əlcəzair), “Haevnen” - Syuzan Bier (Danimarka), “Kynodontas” (“Köpək dişləri”) - Yorqos Lantimos (Yunanıstan), “Life, Above All” (Həyat hər şeydən üstündür”) - Oliver Şmits (CAR), “Kokuhaku” (“Etiraf”) - Tesui Nakasima (Yaponiya), “Tambien la lluvia” - İsiar Bolyain (İspaniya), “Simple Simon” - Andreas Oman (İsveç).
Bütünlükdə “Oskar”a təqdim edilən filmlərin siyahısı dünən axşam elan edilib. Bu barədə növbəti sayımızda məlumat verəcəyik. “Oskar” qalibləri fevralın 27-si elan olunacaq.
Bütünlükdə “Oskar”a təqdim edilən filmlərin siyahısı dünən axşam elan edilib. Bu barədə növbəti sayımızda məlumat verəcəyik. “Oskar” qalibləri fevralın 27-si elan olunacaq.