Los-Ancelesdə Amerika Kino Akademiyasının “Oskar” mükafatına namizədlərin adları elan olunub. “İlin filmi” nominasiyasında “Oskar” uğrunda 10 film mübarizə aparacaq. Bunlar Tom Huperin “Kral danışır!”, Darren Aronofskinin “Qara qu quşu” , Devid O. Rasellanın “Döyüşçü”, Kristofer Nolananın “Başlanğıc”, Liz Xolodenkonun “Uşaqlar qaydasındadır”, Denni Boylanın “127 saat”, Devid Finçerin “Sosial şəbəkə”, Koen qardaşlarının “Dəmir güc”, Debr Qranikin “Qış sümüyü”, Li Ankriçin “Oyuncaqların hekayəti: Böyük qaçış” filmləridir.
Bu sırada əsas favorit kimi tarixi dram olan “Kral danışır!” filmi göstərilir. Bu ekran əsəri 12 nominasiya üzrə “Oskar”a namizəddir. Bundan başqa filmdə Britaniya monarxı 6-cı Qeorq obrazını yaradan Kolin Fert və onun həyat yoldaşı rolunda çəkilən Helena Bonem-Karterin də bu mükafatı qazanmaq üçün şansları yüksək qiymətləndirilir. Cefri Raş isə ikinci plandakı rola görə “Oskar”a namizəddir. Qeyd edək ki, Amerika Kino Akademiyası mükafatlarının 83-cü təqdimat mərasimi fevralın 27-də Los-Ancelesdə keçiriləcək.