Məşhur müğənni Beyonce növbəti film çəkilişlərinə hazırlaşır. Aktrisanın rol alacağı "Doğulan ulduz" adlanan filmin quruluşçusu isə tanınmış rejissor Klint İstvuddur. Film 1976-cı il istehsalı olan eyniadlı filmin rimeyki olacaq. Qeyd edək ki, film ilk dəfə 1937-ci, sonra isə 1954-cü ildə lentə alınmışdı. Film aktrisa olmaq arzusuyla yaşayan bir qızdan bəhs edir. Ona bu karyerasında irəliləmək üçün təcrübəli, lakin o qədər də tanınmayan aktyor yardımçı olur. Müxtəlif illərdə bu filmin baş rollarını məşhur aktrisalar Canet Qeynor, Cudi Qarland, Barbara Streyzand canlandırıblar. Bu dəfə isə cazibədar müğənni Beyonce bu rolu ifa edəcək. Qeyd edək ki, Beyonce indiyədək "Çəhrayı pantera", "Qızların arzuları" kimi filmlərdə rol alıb. Məşhur müğənninin filmdəki tərəf-müqabili isə hələ bəlli deyil .
   
   V.Zeynalova