Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Musiqi fənləri kafedrasının təşkilatçılığı ilə “Azərbaycanın müasir fortepiano musiqisi: yaradıcılıq və ifaçılıq xüsusiyyətləri” mövzusunda bəstəkar Eldar Dadaşovun əsərlərindən ibarət konsert-seminar keçirilib.
Kafedranın müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli dosent, Əməkdar mədəniyyət işçisi, bəstəkar-pianoçu Eldar Dadaşovun həyat və yaradıcılığından söz açıb. Bildirilib ki, görkəmli bəstəkar Cövdət Hacıyevin tələbəsi olan Eldar Dadaşovun yaradıcılığı janr və üslub baxımından rəngarəng, eyni zamanda zəngindir.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov Eldar Dadaşovun müasir bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biri olduğunu vurğulayıb.
Tədbir BXA-nın tam orta məktəbinin şagirdləri, bakalavr və magistr tələbələrinin ifasında Eldar Dadaşovun əsərləribdən ibarət konsert proqramı ilə sona çatıb.