Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Georgi Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri “İpək yolu” kamera orkestrinin müşayiəti ilə konsert proqramı təqdim edib. Orkestrin bədii rəhbəri və baş dirijoru Vaxtanq İmanovdur.
   Şagirdlərin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, uşaq musiqi və incəsənət məktəblərinin direktorları, musiqisevərlər iştirak ediblər. 
   Tədbirin sonunda məktəbin direktoru, Əməkdar müəllim Yusif Vəliyev çıxış edərək iştirakçılara təşəkkürünü bildirib, şagirdləri və müəllim heyətini təbrik edib. 
   
   Lalə