Mayın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları üçün konsert proqramı təşkil edilib.
Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor - Xalq artisti Teymur Göyçayev) ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Qeyd edək ki, mayın 6-dək davam edəcək Forum çərçivəsində 40-dək sessiya və tədbir keçiriləcək. Foruma 120-dək ölkə rəsmisi, 50-dək beynəlxalq təşkilatın nümayəndəsi - ümumilikdə 800-dən çox xarici nümayəndə qatılıb. Konsert proqramı Forumun iştirakçıları tərəfindən maraqla qarşılanıb.