Fransanın milli kino mükafatı olan “Sezar”ın yeni qalibləri elan olunub. Ksavye Bovuanın “İnsanlar və Allahlar” filmi ilin ən yaxşı ekran əsəri kimi “Sezar”a layiq görülüb, Roman Polanski isə ən yaxşı rejissor adını qazanıb.
“İnsanlar və Allahlar” filmi üç kateqoriya üzrə qalib olub: ən yaxşı film, ən yaxşı ikinci plan aktyoru, ən yaxşı operator işi. Ən yaxşı kişi rolu mükafatı da daxil olmaqla “Hensbur, məhəbbət xuliqanı” filmi 3 mükafat qazanıb.
Roman Polanskinin “Kabus” filmi 4 nominasiya üzrə qalib olub. Film ən yaxşı montaj, ən yaxşı ssenari - ekranlaşdırma, ən yaxşı rejissor nominasiyalarında qalib seçilib. Ən yaxşı xarici film nominasiyasında ABŞ filmi “Sosial şəbəkə” qalib olub.