Mayın 19-da Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar Aqşin Əlizadənin 80 illiyinə (1937-2014) həsr olunmuş yubiley gecəsi keçiriləcək.
Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, professor Aqşin Əlizadə Azərbaycan bəstəkarlıq məktəbinin istedadlı nümayəndələrindən biridir. Onun ilk milli tarixi qəhrəmanlıq baleti olan “Babək”, habelə “Qafqaza səyahət”, “Qəmli vals” baletləri, simfoniya və süitaları, digər əsərləri musiqi mədəniyyətimzin parlaq səhifələrini təşkil edir. Aqşin Əlizadə 50 ilə yaxın Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında gənc bəstəkarlar nəslinin yetişdirilməsində mühüm rol oynayıb.