Mayın 16-da Dövlət Uşaq Filarmoniyasının Uşaq-gənclər xalq çalğı alətləri orkestri Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Quba və Qusarda konsert proqramı ilə çıxış edib.
Konsert Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun 110 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində təqdim olunub.
Bəşir Səfəroğlu adına Quba Mədəniyyət evində keçirilən konsertdə S.Rüstəmovun 20-dək əsəri orkestrin ifasında səslənib. Şimal rayonlarına ilk dəfə səfər edən orkestr konsertdə 40 nəfərə yaxın heyətlə çıxış edib. Gənc və yeniyetmə musiqiçilərin ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayev olan orkestrin qusarlı tamaşaçılar qarşısında çıxışı rəğbətlə qarşılanıb.