Mayın 15-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Əfrasiyab Bədəlbəyli adına 23 nömrəli Uşaq musiqi məktəbində görkəmli bəstəkar, dirijor, Xalq artisti Əfrasiyab Bədəlbəylinin 110 illik yubileyinə həsr edilmiş konsert keçirilib. 
   Konsert bəstəkarın əsərlərindən seçilmiş musiqi parçaları və onun “Qız qalası” baletindən fraqmentlərin nümayişi ilə başlayıb. 
   Daha sonra Ə.Bədəlbəyli adına məktəbin istedadlı şagirdlərinin ifasında S.Ələsgərovun “Daimi hərəkət”, Niyazinin “Xoreoqrafik vals”, T.Quliyevin “Azərbaycana gəlsin”, F.Şubertin “Ekspromt”, İ.Bramsın “Macar rəqsi ¹1”, V.A.Motsartın “Rondo”, V.Lobosun “Polişinel” əsərləri səsləndirilib. 
   Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, paytaxtın musiqi və incəsənət məktəblərinin direktorları, digər qonaqlar iştirak ediblər. 
   
   Lalə Azəri