Mayın 21-də ABŞ-ın Las-Veqas şəhərindəki “T-Mobile Arena” səhnəsində musiqi dünyasının nüfuzlu mükafatlarından olan “Billboard Music Awards 2017”nin təqdimat mərasimi keçirilib. 
   Hər il olduğu kimi populyar musiqi janrlarının ən yaxşı ifaçıları dinləyicilər tərəfindən müəyyənləşdirilərək (albomların satışı, radio, TV və internetdə ən çox baxılan və dinlənilən) mükafata layiq görülüblər. 
   Mərasimdə ulduz Celine Dion “Titanik” filminin 20 illiyi münasibətilə filmdən “The dream” mahnısını ifa edib.
   Gecənin qəhrəmanı 30 yaşlı kanadalı rep ifaçısı və musiqi prodüseri Dreyk olub. O, 22 nominasiyadan 13-ü üzrə - “Ən yaxşı artist”, “Ən yaxşı ifaçı” və “Ən yaxşı rep albomu”, “Ən yaxşı rep turu” və digər nominasiyalarda qalib elan edilib. Bununla da Dreyk ingilis müğənni Adelin rekordunu (12 mükafat) təzələyib. 
   Beyonce 5 nominasiyada (o cümlədən “Ən yaxşı qadın ifaçı”, "Ən yaxşı R&B-albom” (“Lemonade”), "Ən yaxşı qastrolçu") qalib gələrək ikinci pilləni amerikalı duet “Twenty One Pilots” qrupu ( “Ən yaxşı qrup”, «Ən yaxşı radio ifaçı», “Ən yaxşı rok ifaçı”) ilə bölüşüb.
   Digər nominasiyalarda isə Zayn Malik (“Ən yaxşı yeni ifaçı"), Bleyk Şelton ("Ən yaxşı kantri-ifaçı"), “Metallica qrupu (“Ən yaxşı rok albom”) və başqaları qalib olublar.
   
   İlona