Bakı şəhəri G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin V sinif şagirdi Nuray Əliyeva mayın 8-dən 14-dək İstanbulda keçirilən 12-ci Beynəlxalq Pera piano festivalına qatılıb.
11-12 yaş solo piano kateqoriyası üzrə yarışmada 17 pianoçu arasında Nuray Əliyeva 3-cü yerə layiq görülüb. Yarışmadan sonra o, Nyu-York Piano Konservatoriyasının professoru Tamara Poddubnayadan ustad dərsi alıb.
Nurayın müəllimi professor Siala Sinamdzqvarişvilidir.