Müsabiqəyə kinolayihələrin qəbulu davam edir   

   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeniləşən cəmiyyətimizdə milli mənəvi dəyərlər mövzusunu kino vasitəsilə əks etdirmək, eləcə də kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, həmçinin kinoda rəqabət tendensiyalarını gücləndirmək məqsədilə keçirilən «Bu meydan, bu ekran - 2011» kinolayihələri müsabiqəsinə layihələrin qəbulu davam edir.
   Müsabiqədə film istehsalı ilə məşğul olan dövlət və müstəqil studiyalar, şirkətlər iştirak edə bilər.
   Smeta dəyəri 30 min manatdan çox olmayan kino layihəsinin rejissoru 35 yaşa qədər kinematoqrafçı olmalıdır.
   Layihələrin qəbulu aprelin 30-dək davam edəcək və qaliblərin adı mayın birinci ongünlüyündə açıqlanacaq.
   Daha ətraflı məlumatı Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsindən almaq olar.
   
   Telefonlar: 498 20 46, 493 21 15, 493 06 80