Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Cövdət Hacıyev adına 3 nömrəli Musiqi məktəbində “Cövdət Hacıyev gənclərin ifasında” adlı tədbir keçirilib.
Baş idarənin rəis müavini Nazim Əliyev, Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova görkəmli bəstəkarın həyat və yaradıcılığı barədə söhbət açıblar. Məktəbin şagird və müəllimlərinin ifasında bəstəkarın ulu öndər Heydər Əliyevə həsr olunmuş “Onu zaman seçib” adlı VIII simfoniyasından bir hissə, “Ballada”, “Skerso”, “Ey gül”, “Laylay”, “Nağıl”, “Marş”, “Gəzinti” və s. əsərləri səslənib.