Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti iyunda respublikamızın bölgələrinə qastrol səfərinə çıxacaq.
Teatrdan bildirilib ki, truppa milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsərinin tamaşası ilə şimal-qərb bölgəsində çıxış edəcək. Ənənəvi olaraq mövsümün sonunda həyata keçirilən qastrol səfəri bu il iyunun 12-dən 16-dək davam edəcək.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Rolları əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadızadə, Ramil Məmmədov, Elnur Hüseynov, İradə Rəşidova və başqaları oynayır.