5-8 iyul tarixində keçiriləcək 24-cü İstanbul Caz Festivalına “SOCAR Turkey Enerji A.Ş.” sponsorluq edir. Festivalda xarici ölkələrdən musiqiçilərlə yanaşı, Türkiyədən 30-dək ifaçı və qrup konsert verəcək.
Festival çərçivəsində “Vitrin: Türkiyə aktual musiqi görüşməsi” adlı tədbir keçiriləcək. Tədbirdə yerli və əcnəbi musiqi dünyasının nümayəndələri bir araya gələcək. Proqramda çıxış edəcək musiqiçi və qruplar arasında seçiləcək iki nəfərə “SOCAR Türkiye”nin “İpək Yolu” mükafatı veriləcək.