Azərbaycan Milli Konservatoriyasının (AMK) geniş texniki imkanlara sahib yeni www.conservatory.az internet səhifəsi istifadəyə verilib.
   AMK-nın mətbuat xidmətindən bildirilib ki, şöbənin müdiri Şəlalə Rzayeva səhifənin funksiyaları barədə ətraflı məlumat verib. Təqdimatda AMK-nın müəllim heyəti və rektor Siyavuş Kərimi iştirak edib.
   Azərbaycan, rus və ingilis dillərində yaradılan internet səhifəsi funksionallığı, sosial şəbəkələrə inteqrasiyası və daha rahat istifadə imkanları ilə fərqlənir.
   Saytda AMK-nın strukturu, tədris, beynəlxalq əlaqələr, kitabxana və s. istiqamətləri üzrə zəruri məlumatlar verilməklə müvafiq bölmələr yaradılıb.
   Səhifə vasitəsilə istifadəçilər tədrisdəki yeniliklər, konservatoriyaya qəbul və s. məlumatlarla tanış ola bilərlər.