Beynəlxalq uşaqları müdafiə gününə həsr olunan konsert 
   
   İyunun 1-də Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Rafiq Babayev adına 25 saylı 11 illik Musiqi məktəbinin birgə təşkilatçılığı ilə Beynəlxalq uşaqları müdafiə günü münasibətilə “Musiqili fidanlar” adlı konsert oldu. Mənzil-muzeyin direktoru Rza Bayramov çıxış edərək əlamətdar gününün tarixindən danışdı. Bildirdi ki, dünyanın əksər ölkələrində olduğu kimi, bu əlamətdar gün Azərbaycanda da geniş qeyd edilir.
   25 saylı 11 illik Musiqi məktəbinin tədris işləri üzrə direktor müavini Bəturə Məmmədova çıxışında uşaqların xoşbəxt gələcəyindən danışdı. Qeyd etdi ki, hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı özünün ən ümdə vəzifəsi hesab etməlidir. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanda uşaqlar diqqət və qayğı ilə əhatə olunub.
   Çıxışlardan sonra tədbir məktəbin gənc və kiçikyaşlı istedadlı şagirdlərinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi proqramı ilə davam etdi. 
   
   S.Fərəcov