![](/img/news/700x420/2210.jpg)
Festivala 34 ölkədən 56 bədii film, 29 detektiv-serial, 96 sənədli film təqdim edilib. Azərbaycan bu festivalda ilk dəfə təmsil olunub. Film kinofestivalın beynəlxalq münsiflər heyətinin üzvləri, kino tənqidçiləri və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.
“Sahə” filmi məşhur fotoqrafın öz uşaqlıq illərinə səyahəti barədə mistik əhvalatdır. Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat, operatorlar Konstantin Esadze və Varlam Karçxadzedir. Ekran əsərində əsas rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Pel (Fransa), Vaqif İbrahimoğlu və Timur Oduşev (Azərbaycan) ifa ediblər.
Qeyd edək ki, “Sahə” filmi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, “Paşa Bank”ın köməkliyi ilə ərsəyə gəlib. Ekran əsərində əsas rollardan birini ifa edən Timur Oduşev bu yaxınlarda ABŞ-da nüfuzlu mükafata - “Hollivudun Gənc Aktyorlar Mükafatı”na (“Hollywood Young Artists Award”) layiq görülüb.