İyunun 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operası növbəti dəfə təqdim ediləcək.
Səhnə əsərində Alfred rolunu ifa etmək üçün Ukrayna Milli Operasının solisti, bu ölkənin Əməkdar artisti Dmitri Kuzmin dəvət olunub. Operada Violetta partiyasını Əməkdar artist İnarə Babayeva ifa edəcək.
Bundan başqa, səhnə əsərində Xalq artisti Əli Əsgərov, əməkdar artistlər Cahangir Qurbanov, Əkrəm Poladov və Səbinə Əsədova çıxış edəcəklər.
Tamaşa ukraynalı dirijor Viktoriya Ratsyuk tərəfindən idarə olunacaq.