Beynəlxalq Muğam Mərkəzində reallaşan “Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert “Çahargah” muğamına həsr olunub.
Muğamın müxtəlif şöbələrini xalq çalğı alətləri ansamblının müşayiəti ilə dinləyicilərə Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Malik Həsənov və Ramiq Bayramov təqdim ediblər.
Xanəndələr və musiqiçilər tərəfindən ustalıqla təqdim olunan muğamın ifası böyük rəğbətlə qarşılanıb və alqışlarla müşayiət olunub.
İcrasına may ayında “Rast” muğamı ilə start verilmiş layihənin növbəti konserti iyunun 20-də “Bayatı-Şiraz” muğamına həsr ediləcək.