İyunun 29-da ABŞ-ın İndiana ştatının Karmel şəhərində gənc musiqiçilərin “Carmel Klavier” IV Beynəlxalq Piano Müsabiqəsi başlanıb.
Müsabiqənin saytında yer alan məlumata görə, 5-18 yaş arasında musiqiçilərin iştirak etdiyi yarışmada Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Cövdət Hacıyevin də əsərləri səsləndiriləcək. Müsabiqə iyulun 1-dək davam edəcək.