Şəkiyə gələn turistlərin asudə vaxtını səmərəli keçirmək və regionun milli adət-ənənələri ilə yaxından tanış olmaları məqsədilə 15 iyun tarixindən şəhərin qədim hissəsində - Qala divarları ərazisində at gəzintisi təşkil olunub. Bu məqsədlə Şəki rayonu Daşüz kəndi ərazisində yerləşən Respublika Atçılıq Turizm Mərkəzindən xüsusi təlim görmüş atlar gətirilib.
Atla gəzintilərin təşkili Şəkiyə gələn həm xarici, həm də yerli turistlər tərəfindən maraqla qarşılanır.