İyulun 5-də Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) növbəti, sayca səkkizinci məzun buraxılışı mərasimi keçiriləcək. Tədbirə Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, diplomatik korpus üzvləri, təhsil və elm xadimləri, turizm ictimaiyyətinin təmsilçiləri, ATMU-nun əməkdaşlıq etdiyi xarici təhsil müəssisələrinin nümayəndələri iştirak edəcək.
“Məzun 2017” mərasimində ATMU-nun builki 329 məzununa diplom, 20 nəfərinə eyni zamanda Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomu təqdim ediləcək. Rəsmi hissədən sonra konsert proqramı olacaq.