Quba Turizm İnformasiya Mərkəzi tərəfindən yay turizm mövsümünün açılışı ilə əlaqədar olaraq, Quba-Afurca tur proqramı çərçivəsində infotur keçirilib. İnfoturda rayon gəncləri, idarə və müəssisələrinin əməkdaşları, tur operator və bələdçilər iştirak edib.
Tur iştirakçıları tarixi memarlıq abidələri siyahısına daxil edilən Nügədi və Rustov kənd məscidlərini ziyarət edib, kəndlərdə yerləşən qədim abidələrlə tanış olublar. “Qaçaq Mayıl mağarası”, “Təngə dərəsi” haqda məlumatlandırılan tədbir iştirakçıları üçün Afurca şəlaləsinə yanında çay süfrəsi təşkil olunub.
Turun sonunda iştirakçılara Quba Turizm İnformasiya Mərkəzinin çap məhsullarından ibarət paketlər hədiyyə edilib.