ABŞ-da “MTV Movie Awards” 20-ci kino mükafatının qalibi elan edilib. Mükafatın təqdimat mərasimi iyunun 5-də Los-Ancelesdə keçirilib. Mükafatın qalibi “Alatoran” filminin 3-cü hissəsi - “Ay tutulması” olmuşdur.
   “Ay tutulması” filmindəki roluna görə Robert Pattinson və Kristin Stüart “Ən yaxşı aktyor” və “Ən yaxşı aktrisa” adına layiq görülüblər.
   Xatırladaq ki, “Alatoran” seriyasında çəkilmiş filmlər 2009-2010-cu illərdə də MTV-nin 5 mükafatına layiq görülüb.