Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin əməkdaşı Jalə Şükürovanın “Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan” təzkirəsi və Azərbaycan ədəbiyyatı” monoqrafiyası çapdan çıxıb. 
   Tədqiqatçılar üçün dəyərli olan əsər Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə nəşr edilib. Kitabın elmi redaktoru akademik Möhsün Nağısoylu, rəyçisi filologiya elmləri doktoru Nəsib Göyüşovdur.