Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 287 nömrəli “Zəkalar” liseyinin şagirdləri və “Səma” rəqs qrupunun üzvləri Türkiyənin Mersin şəhərində II “Qız qalası” beynəlxalq turizm festivalında iştirak ediblər. Festivala Litva, Şimali Kipr, Qırğızıstan, Gürcüstan və Tatarıstandan da məktəblilər qatılıb.
Bakı məktəblilərinin festivalda çıxışları, “Səma” rəqs qrupunun təqdim etdiyi xalq rəqsləri, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş şeirlər və mahnılar tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.
Səfər çərçivəsində məktəblilər Mersin şəhərinin Tarsus rayonunda Heydər Əliyev parkını ziyarət ediblər, Mersin Böyükşəhər bələdiyyəsində olublar. Məktəblilər burada festivalla bağlı təəssüratlarını bölüşüb, şeirlər söyləyiblər.