Litvanın paytaxtı Vilnüs UNESCO-nun "Romantik Avropa" marşrutuna daxil edilib.
Marşrut UNESCO-nun həyata keçirdiyi "Avropa İttifaqında dünya irsinin izləri ilə" layihəsinin tərkib hissəsi olacaq.
Bu layihə ölkəni daha da məşhurlaşdırmaq üçün əhəmiyyətlidir. Vilnüsdə turistləri cəlbetmə mərkəzləri digər Avropa İttifaqı ölkələrindəki UNESCO obyektləri ilə birlikdə Çin və ABŞ kimi uzaq bazarlarda təbliğ ediləcək.
"Romantik Avropa" marşrutuna daha altı Avropa İttifaqı ölkəsi, o cümlədən Belçika, Çexiya, Almaniya və Avstriya daxil edilib.
UNESCO dörd tematik marşrutu - antik Avropa, krallar Avropası, romantik Avropa və yeraltı Avropa marşrutlarını inkişaf etdirmək niyyətindədir.