“Euronews” telekanalının yeni “Taste” proqramı Azərbaycan milli mətbəxi ilə tanışlığı yarpaq dolmasından başlayıb.
“Taste” proqramında italiyalı müxbir Klaudio Rosminonun Bakıdakı restoranlardan birinin aşpaz ilə birgə bazardan yarpaq dolması üçün lazım olan məhsulları almasından, dolmanın hazırlanmasından, bu sözün mənasından söhbət açılır. Aşpaz Elmin Şərifov dolmanı bişirməklə yanaşı, bu yeməklə bağlı uşaqlıq xatirəsini bölüşür, Klaudio Rosminoya yarpaq dolmasının içliyində istifadə olunan inqrediyentləri, o cümlədən ilin fəslindən asılı olaraq içlik hazırlamağın özəlliyini, dolmanın süfrəyə verilmə qaydasını izah edir.