İyulun 22-də Azərbaycan Milli İncəsənət Muzeyində “Belle Epoque” - möhtəşəm dövrün möcüzəvi dünyasını əks etdirən “Fransız tətilləri” proqramının premyerası keçiriləcək.
Tədbir iştirakçıları muzeydə fransız incəsənətinin ən gözəl nümunələri, kral ailələrinə məxsus məişət əşyaları, əsərləri dünya muzeylərini bəzəyən sənətkarların yaradıcılığı ilə tanış olacaqlar. Bərpaçı-rəssam Samir Talıbov ziyarətçilər üçün fransız rəssamlarının eskizi əsasında silsilə ustad dərsləri keçəcək. Tamaşaçıların iştirakı ilə Parisin rəmzləri yaradılacaq, tematik kölgə teatr tamaşası nümayiş etdiriləcək. Böyüklər üçün isə “Toğrul Nərimanbəyov - Paris xatirələri” adlı mühazirə təqdim olunacaq. Mühazirədə rəssamın həyat və yaradıcılığından söz açılacaq.