Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” konsertləri paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanır.
İdarədən bildirilib ki, ötən həftəsonu Fəvvarələr meydanında keçirilən növbəti konsertdə estrada müğənniləri Elnarə Xəlilova, Roza Zərgərli, Leyla Ramazanlı, Səbinə Əsgərova, Anar Rəhimli, Könül Məmmədli, Nailə Müslümova, Aytac Vidadiqızı, Mircabbar Mirbabayev, Nigar Süleymanova, Aynur Əliyeva və başqaları çıxış ediblər. Həmçinin konsertdə “Səma” və “Xəzərim” rəqs qruplarının ifasında milli və dünya xalqlarının rəqsləri təqdim olunub.
Qeyd edək ki, layihə şəhər əhalisinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqisinin, tanınmış bəstəkar əsərlərinin təbliği məqsədi daşıyır. “Retro Bakı” layihəsi sentyabrın 15-dək hər həftəsonu axşam saatlarında Fəvvarələr meydanında tamaşaçıların görüşünə gələcək.