Turizm və Menecment Universitetinin tələbələri Türkiyədə yay məktəbində olublar
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) turizm və qonaqpərvərlik ixtisası üzrə təhsil alan tələbələri Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universiteti tərəfindən təşkil edilən yay məktəbində olublar.
ATMU-dan bildiriblər ki, “Mədəni körpülər” adlı yay məktəbində 25-dən çox ölkə təmsil olunub. Yay məktəbində tələbələr üçün turizm, marketinq, menecment, sosiologiya və mədəniyyətşünaslığa dair seminarlar da təşkil edilib.
Qeyd edək ki, son yeddi ildə ATMU-nun 14 tələbəsi “Mədəni körpülər” adlı yay məktəbində iştirak edib. Proqram çərçivəsində yay məktəbinin iştirakçıları üçün Türkiyənin müxtəlif şəhərlərinə turlar da təşkil olunur.