Avstraliyanın “Contained” şirkəti istifadə olunmuş dəniz konteynerindən mini hotellərin tikintisi üzrə ixtisaslaşıb. Belə hotellərin özəlliklərindən biri də onu dünyanın istənilən yerində quraşdırmağın mümkünlüyüdür.
Hotelin həcmi 33 kubmetr olmaqla, burada 2 çarpayı, kiçik bir qonaq otağı, mətbəx və vanna otağı yerləşir. Böyük şüşə qapılar isə buraya hər zaman günəş şüasının düşməsinə şərait yaradır.