Tanınmış skripkaçı Nəzrin Rəşidova avqustun 9-da Londonda Müqəddəs Ceyms kilsəsində (St. James's Church) konsert proqramı ilə çıxış edəcək.
Avropa Azərbaycan Cəmiyyətinin yaydığı xəbərə görə, Nəzrin Rəşidova Daniel Qrimvudla (fortepiano) birgə çıxış edəcək. Konsert proqramında Jozef Yonqen və Pol Levisin əsərləri səsləndiriləcək.