“Salnamə” kinostudiyasında istehsal olunan “Cənubda şimal küləyi” filminin üzərində montaj işləri yekunlaşıb. Kinostudiyadan bildiriblər ki, ekran əsərinin çəkilişləri Biləsuvar rayonunda və rayonun Yuxarı Ağalı kəndində aparılıb. Sənədli film 1990-cı il qanlı yanvarında Biləsuvar rayonunda baş vermiş hadisələrdən bəhs edir. Filmdə arxiv materialları ilə yanaşı, o vaxt məsul vəzifələrdə çalışmış insanların fikirləri də öz əksini tapıb.
   Filmin rejissoru Mahmud Məmmədov, ssenari müəllifi İntiqam Hacılı, operatoru Rüfət Süleymanovdur. Ekran əsəri yaxın vaxtlarda tamaşaçılara təqdim ediləcək.